Rusiyalı alimlərlə görüşdə vaxtından əvvəl qocalmanın müasir problemləri müzakirə edilib

Rusiyalı alimlərlə görüşdə vaxtından əvvəl qocalmanın müasir problemləri müzakirə edilib
17:08 12 May 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutunun direktoru, RTEA-nın müxbir üzvü, professor V.Xavinson və Rusiya Antiqocalma Təbabəti Cəmiyyətinin prezidenti, tibb elmləri doktoru, professor S.Trofimova ilə görüş keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın Fiziologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Herontoloji Cəmiyyəti, İ.P.Pavlov adına Fiziologiya İnstitutu, Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutu arasında “Qocalmanın fiziologiyası” sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Tədbirdə AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova Azərbaycanda herontoloji tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib.
Sonra herontologiya və heriatriya sahəsində tanınmış alimlər elmi məruzələrlə çıxış ediblər. Professor V.Xavinsonun “İnsanın həyat fəaliyyəti resurslarının genişləndirilməsi perspektivləri” və professor S.Trofimovanın “Vaxtından əvvəl qocalmanın müasir diaqnostikası və antiqocalma texnologiyaları” mövzusunda çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Alimlər herontologiya sahəsində problemlərin respublikamız üçün böyük əhəmiyyət kəsb etdiyini və müvafiq tədqiqatlar üçün Azərbaycanda unikal baza olduğunu qeyd ediblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyali_alimlerle_gorusde_vaxtindan_evvel_qocalmanin_muasir_problemleri_muzakire_edilib-854302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR