x
Loading...

Azərbaycan yenidən IMEX beynəlxalq biznes turizm sərgisində təmsil olunacaq

Azərbaycan yenidən IMEX beynəlxalq biznes turizm sərgisində təmsil olunacaq
16:08 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) mayın 19-dan 21-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX 2015" sərgisində ikinci dəfə ölkəmizi təmsil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, IMEX hər il beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisi bir araya gətirir. Bu il sözügedən sərgidə 74 ölkədən 3500 şirkətin təmsil olunması gözlənilir. Üçgünlük sərgi çərçivəsində 14 mindən çox alıcı və satış ziyarətçisinin iştirak etməsi gözlənilir.
AKB ilə yanaşı, ölkəmizi sərgidə Büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də təmsil edəcək.
“IMEX 2015” sərgisində ölkəmizin turizm imkanlarını əks etdirən 72 kvadratmetr sahədə quraşdırılacaq stend Büronun fəaliyyəti dövründə hazırladığı ən böyük stend olmaqla yanaşı əlverişli yerləşməsi ilə də seçiləcək.
AKB-nin fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_yeniden_IMEX_beynelxalq_biznes_turizm_sergisinde_temsil_olunacaq-854303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR