ABŞ-la Çinin Ukrayna savaşı başlayır: Görüş olacaq

ABŞ-la Çinin Ukrayna savaşı başlayır: Görüş olacaq
17:38 24 Avqust 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentinin milli təhülkəsizlik üzrə müşaviri Con Bolton Çinin “Beijing Skyrizon Aviation” şirkətinin Ukraynanın “Motor Siç” müəssisəsini almağa mane olmağa hazırlaşır.

Axar.az xəbrə verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, artıq ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşları və ABŞ-ın Kiyevdəki Səfirliyinin nümayəndələri gələn həftə Boltonla “Motor Siç”in rəhbərliyi ilə görüşünü təşkil etməyə çalışırlar. Qəzetin mənbəsi bu obyektin alınmasına ABŞ-ın mane olmasının Çinə qarşı aparılan strateji rəqabətin bir hissəsi olduğunu deyib.

Qeyd edək ki, “Motor Siç” Zaporojyedə yerləşən müəssisədir. Bu müəssisə aviasiya üçün qaz turbinli mühərriklər hazırlayır. Bu müəssisənin məhsulları dünyanın 120 ölkəsindəki təyyarə və vertolyotlarda istismar edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/288297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR