Övladının təhsili üçün "Qalatasaray" əfsanəsinin butslarını satışa çıxardı

Övladının təhsili üçün "Qalatasaray" əfsanəsinin butslarını satışa çıxardı
17:12 12 May 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi futbolçu Georgi Hacının butsları satışa çıxarılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yerli sakinlərdən biri bununla bağlı elan verib.
 
Elanda “Qalatasaray”ın UEFA Kubokunu qazandığı 2000-ci ildə sabiq rumıniyalı yarımmüdafiəçinin geyindiyi orijinal butsların sahibi tərəfindən satışa çıxarıldığı qeyd edilib. Üzərində Hacinin imzası olan ayaqqabıların qiyməti 35 min türk lirəsidi (13 min 700 manat). Həmin şəxs butsları 2001-ci ildə klubun məktəbində keçirilən auksionla qazanıb. Elanın sahibi övladının təhsil xərclərini qarşılamaq üçün bu addımı atdığını vurğulayıb.
 
Qeyd edək ki, 1996-2001-ci illərdə “Qalatasaray”ın formasını geyinən George Haci burada 4 dəfə Türkiyə çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə Türkiyə Superkubokunu, həmçinin UEFA Kuboku və Avropa Superkubokunu qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR