Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü
18:17 24 Avqust 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/780648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR