20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirilib, şəhidlərin xatirələri yad edilib

12:12 16 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:06 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyi, Gəncliyə Yardım Fondu və 20 Yanvar Fondunun birgə təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn Günü” mövzusunda tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim deyib ki, şəhidlər torpaq, azadlıq, bayraq uğrunda canlarını fəda ediblər. A. Tecim 20 Yanvar şəhidlərinin adlarının Türk Dünyasının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb: “20 Yanvar hüzn günü olmaqla bərabər, həm də qəhrəmanlıq günüdür. Çünki Vətəni şəhidlər yaşadır”.

 

Türkiyə səfirliyinin mətbuat müşaviri Meral Barlas 20 Yanvar faciəsinin üzüntülərini Türkiyə xalqı da qəlbində hiss edib: “Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını fəda edən bütün şəhidlərin ruhları şad olsun. Azərbaycanın ötən dövr ərzində müstəqilliyi möhkəmlənib, dünyada nüfuz qazanıb”.

 

Millət vəkili Musa Qasımlı şəhidlərin arzularının həyata keçdiyini, bu gün Azərbaycanın müstəqil olduğunu bildirib.

 

Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov qeyd edib ki, 1990-cı il 20 yanvarda Vətən övladları silahsız, əliyalın tankların qarşısına çıxmaqla bu xalqın müstəqil yaşamağa qadir olduğunu sübut ediblər: “Bizim şəhidlər qarşısında borcumuz müstəqilliyimizi qorumaq, gücləndirməkdir”.

 

Sonda Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə 20 Yanvar Fondu tərəfindən Gəncliyə Yardım Fonduna təqdim olunmuş siyahı əsasında 180 şəhid və əlil ailəsinə ərzaq yardımı paylanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR