“Yoruldum...” - Elton

“Yoruldum...” -  Elton
17:26 12 May 2015
31 Şou
Ölkə mətbuatı
A- A+

“Bu yay istirahət edəcəm. Heç bir yenilik planlaşdırmıram. Eyni tərzdə mahnılardan yoruldum”.

Bu sözləri müğənni Elton Hüseynəliyev Axşam.az-a açıqlamasında deyib. Sənətçi yayda xaricə istirahətə yollanacağını bildirib:

“Ölkəmizdə çox önəmli hadisə olacaq - Avropa Oyunları. İnsanlar televizorda o möhtəşəm hadisəni izləsinlər. Biz layihələrdən pul qazanmırıq. Ona pul xərcləyirik. Buna görə də hansısa işimiz alınmaz, gəlirimiz olmaz qorxumuz yoxdur. Sadəcə, son vaxtlar bütün bəstələr eyni tərzdədir. Mən də bütün yayı fərqlilik axtarışında olacam. Şəxsi işlərimlə bağlı Almaniya, İtaliya və Amerikaya gedəcəm. İlin sonunda yeni mahnılar, albom və konsert təqdim edəcəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=30384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR