Azərbaycanda qızıl bahalaşdı

12:12 16 Yanvar 2015
99 Sosial
Ölkə mətbuatı
A- A+

Vergi Məcəlləsindəki dəyişikliklər qızılın qiymətinə təsirsiz ötüşmədi
Azərbaycanda qızıl məmulatları bahalaşıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, paytaxtın böyük ticarət mərkəzlərində satılan qızılın qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir.

Satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.

Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qaçılmaz hesab edir. Buna əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR