Naxçvana İran üzərindən səfər edən bayker qrupu işğal altından olan Cəbrayıl və Zəngilan rayonlarının görüntülərini çəkiblər.
ANS TV-nin məlumatına görə, müxbir dağılmış evlərin və orada yaşayışın demək olar ki, olmadığının, hərbçilərin keşik çəkdiyini müşahidə edib. Həmin kadrları sizə şərhsiz təqdim edirik!
Xatırladaq ki, Vahid Mustafayevin rəhbərliyi ilə “Baku HOG Azerbaijan” komandası Naxçıvana İran ərazisindən keçməklə, “Heydər Əliyev yolu ilə” şüarı altında yürüş ediblər. Səfər zamanı onlar, İranın işğal altında olan Azərbaycan əraziləri ilə sərhəd ərazisindən keçiblər.
Mənbə
ANS TV