Əli Babacan: “Ermənistan işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalıb”

17:32 12 May 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 17:30 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi keçən il 5 milyard dollar səviyyəsində olub. Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas boru xətti və Bakı-Tbilisi- Ərzurum təbii qaz xətti artıq fəaliyyətdədir. TANAP və TAP layihələri də önəmli işbirliyinin təməlidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Əli Babacan “B-20” Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın Cənubi Qafqaz bölgəsində strateji əhəmiyyəti daha da artıb: “Azərbaycan bölgədə güc sahibidir. Biz bu potensialdan istifadə etməsi üçün hər zaman Azərbaycanın yanındayıq”.

 
Ə. Babacan qeyd edib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalır: “ATƏT-in Minsk Qrupu 20 ildir fəaliyyətini davam etdirsə də, nəticəsi olmayıb. Ermənistan normal iqtisadiyyat qurmaq istəyirsə, işğalçılıqdan əl çəkməlidir”.
 
Qonaq Bakıya hər dəfə səfər edərkən şəhərin dəyişdiyini gördüyünü söyləyib: “Biz buna sevinirik. Bakı artıq beynəlxalq şəhərə çevrilib. Keçən həftə Bakıda III Qlobal Forum keçirilib. İyunda 6 min idmançının qatılacağı Avropa Oyunlarına ev sahibliyi edəcək. Bütün bu inkişafı biz də yaxından izləməkdəyik. Azərbaycan böyüməyə davam edir və gələcək illərdə də inkişafın davam edəcəyinə əminik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR