x
Loading...

Qazaxıstan səfiri: “Dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”

16:32 12 May 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 17:27 ]


Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevlə görüşüb. Komissiyadan APA-ya verilən məlumata görə, B. Xəlilov dövlət qulluğuna qəbul prosesində ilk olaraq Qazaxıstanın təcrübəsinin öyrənildiyini bildirib.

 

Komissiya sədri bir həftədən sonra Qazaxıstanın paytaxtı Astanada təşkil olunan “İqtisadi Forum”da iştirak edəcəyini də nəzərə çatdırıb: “Forum çərçivəsində “Meritokratiya: dövlət qulluğunun səmərələliyinin artırılması mexanizmləri” mövzusunda Azərbaycan təcrübəsindən bəhs edən təqdimat olacaq”.

 

Qazaxıstanın ölkəmizdəki səfiri Azərbaycanın dövlət qulluğu sahəsində əldə etdiyi təcrübənin Qazaxıstanda böyük maraqla qarşılandığını nəzərə çatdırıb: “Dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır. Bu təcrübənin öyrənilməsi ölkəmiz üçün önəmlidir".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR