FHN Qubadakı yanğınla bağlı məlumat yaydı

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermiş yanğın nəticəsində 16 ha sahədə əsasən, quru ot, kol-kos və qismən ağaclar yanıb.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub. Yanğın saat 18.20-də söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR