x
Loading...

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın müraciətinə cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın müraciətinə cavab verdi
16:33 12 May 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Elçin Mehdiyev/

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirilməsi haqqında ünvanladığı məktuba müsbət cavab verib.

Trend-in Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt meriyası “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə, saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsini razılıq verib.

Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.

Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2393956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR