"Sanksiyalar davam etdikcə, müsbət dəyişiklik olmayacaq" - Həsən Ruhani

ABŞ-ın İrana qarşı sanksiyaları davam etdikcə, regionda heç bir müsbət dəyişiklik olmayacaq.

Metbuat.az bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Dövlət Həftəsi (24-30 avqust) münasibəti ilə bir sıra layihələrin açılışı ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

H.Ruhaninin sözlərinə görə, müsbət dəyişikliklərin açarı Vaşinqtonun əlindədir:

"Qərb ölkələri regionda əlavə təhlükəsizlik və region ölkələri ilə yaxşı əlaqələr qurmaq istəyirsə, addımlar atmalıdırlar.İranın hərbi doktrinası normal silahlara əsaslanır və nüvə silahı, kimyəvi silah, kütləvi qırğın silahlarına yer yoxdur".

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və bir neçə mərhələdə sanksiyalar siyahısını genişləndirib.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR