Dağlıq ərazilər və sənaye rayonlarında torpaq, su və havada ekoloji zərərli maddələrin paylanmasının tədqiqi aparılıb

12:17 16 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:12 ]


Bakı. Könül Kamilqızı – APA. AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən Azərbaycanın dağlıq əraziləri və sənaye rayonlarında torpaq, su  və havada radioaktiv izotoplar və ekoloji zərərli maddələrin paylanmasının tədqiqi aparılıb.

 

Radiasiya Problemləri İntitutundan APA-ya verilən xəbərə görə, tədqiqatlar zamanı  Astara-Lerik-Yardımlı rayonları ərazisində radiasiya fonu, torpaq və sularında radionuklidlərin paylanma durumlarının tədqiqi davam etdirilib. Nəticədə məlum olub ki, radiasiya fonu rayonların ərazisində 4-12 mkR/san intervalında dəyişir. Təbii radionuklidlərin ərazi boyunca paylanma qanunauyğunluqları aşkar olunub. Bəzi ərazilərdə dağ süxurlarında təbii radiokulidlərin aktivliyinin yüksək qiymətləri müşahidə olunub, həmin ərazilərin havasında radonun aktivliyi 80-612 Bk/m3intervalında dəyişir.

 

Qax-Zaqatala zonasında son zəlzələ prosesindən sonra artezian və bulaq sularında təbii radionuklidlərin qatılıqlarının dəyişmə kinetikasının tədqiqi davam etdirilib. Müəyyən edilib ki, yeraltı tektoniki proseslər nəticəsində artezian və bulaq sularında uran izotopları və onların parçalanma məhsullarının qatılıqlarının kəskin artımına səbəb olur və ilkin fon qatılığına qədər azalması müəyyən dövr ərzində baş verir. Alınmış nəticələr gələcək təbii kataklizmlər zamanı əhalinin mühafizəsi üzrə əməliyyat planlarında nəzərə alınmaq üçün tövsiyə olunur. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR