​Azərbaycan Vyetnamla ticarəti asanlaşdıran saziş imzalayacaq

17:42 12 May 2015
Ölkə mətbuatı
A- A+

Report"un verdiyi xəbərə görə, bu barədə Vyetnamın maliyyə nazirinin müavini, gömrük və vergi üzrə dövlət idarəçiliyi sahəsində kurator Do Hoang Anh Tuan bu gün Dövlət Gömrük Komitəsinin sədri ilə görüşdə bildirib.
O, həmçinin qeyd edib ki, Vyetnam Azərbaycanın gömrük sahəsində təcrübəsindən yararlanacaq: "Gömrük sahəsində, o cümlədən qaçaqmalçılıqla mübarizədə Azərbaycanın təcrübəsindən öyrənəcəyimiz çoxdur. "Bir pəncərə" sistemi və İT texnologiyaların tətbiqi ilə bağlı çox şey öyrənə bilərik. Azərbaycan-Vyetnam gömrüyü iqtisadi ticarət əlaqələrinin gücləndirilməsində bir körpüdür. Bu saziş daha yaxın əməkdaşlığa şərait yaradacaq. Prezidentin səfəri çərçivəsində də iqtisadi əməkdaşlıq şəraitinin daha da yaxşılaşdırılması müzakirə olunacaq. Siyasi əməkdaşlığımız güclüdür. İstərdik ki, iqtisadi ticarət əlaqələrimiz daha da güclənsin".

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycanla-vyetnam-arasinda-sazis-imzalanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR