Ərəb bloqeri yavaş-yavaş öldürürlər - VİDEO - FOTO

Ərəb bloqeri yavaş-yavaş öldürürlər - VİDEO - FOTO
12:17 16 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının vətəndaşı, bloqer Raif Bədəvi "İslamı və müqəddəsləri təhqir etmək"də suçlanaraq həbsxanaya atılıb.
 
10 il müddətinə azadlıqdan məhrum edilmiş bloqer Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Əl Cuffali məscidinin qarşısında şallaqlanıb. Ona 50 şallaq vurulub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ötən ilin may ayında "kiberhücumlarda və hakerlik"də suçlanmış Raif Bədəvi məhkəmənin qərarı ilə 1 milyon səudi rialı (təqribən 266 min dollar) məbləğində cərimələnmişdi.
 
Eyni zamanda, məhkəmənin qərarına görə, 31 yaşlı Raif Bədəviyə 1000 şallaq da vurulmalıdır. Cəza 20 həftə ərzində, hər dəfə 50 şallaq olmaq şərtilə həyata keçiriləcək.
 
3 övlad atası Raif Bədəvinin xanımı, hazırda uşaqları ilə birlikdə Kanadada yaşayan Ənsaf Heydərin dediyinə görə, şallaq zərbələri ərini öldürəcək.
"Ərim vicdan məhbusudur və onun heç bir günahı yoxdur. 10 il müddətinə azadlıqdan məhrum etmələri bəs deyilmiş kimi, min şallaq zərbəsi də veriblər. Ərimi yavaş-yavaş öldürmək istəyirlər", - Ənsaf Heydər Bədəvi bildirib.
 
Beynəlxalq hüquq-müdafiə təşkilatları, o cümlədən "Amnesty İnternational" Səudiyyə Ərəbistanının rəhbərliyinə müraciət edərək Raif Bədəvinin azadlığa buraxılmasını tələb ediblər.
 
Milli.Az
 












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR