DİN Binəqədi və Xəzər rayonlarında səyyar xidmət keçirib

DİN Binəqədi və Xəzər rayonlarında səyyar xidmət keçirib
17:52 12 May 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Azərbaycanın şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Nazirlikdən "Report"a verilən məlumata görə, növbəti belə tədbir Binəqədi və Xəzər rayonlarında baş tutub.
Binəqədinin Biləcəri qəsəbəsində 223, Xəzər rayonunun isə Türkan, Binə və Zirə kəndlərində keçirilən səyyar xidmətlər nəticəsində isə ümumilikdə 525 nəfərin müvafiq sənədləri qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/di-n-bineqedi-ve-xezer-rayonlarinda-seyyar-xidmet-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR