130 kriminal avtoriteti "sındırmış" general öldü - FOTO

Rusiyanın Ulyanovsk vilayətində Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasili Snıserev ölüb.

Metbuat.az bildirir ki, Avqustun 25-də vəfat edən 90 yaşlı generalın ölüm səbəbi açıqlanmır.

Vasili Snıserev, ilk növbədə, "qanuni oğru"ların "sındırılması" ilə məşğul olan "Ağ qu quşu" koloniyasını yaradanlardan biri kimi tanınır. Onun 10 illik xidmət müddətində koloniyada beş mindən çox məhbus, o cümlədən, 130 "qanuni oğru" saxlanılıb.

Vasili Snıserev "Qırmızı Əmək Bayrağı" ordeni, səkkiz medal və "Daxili İşlər Nazirliyinin əməkdar işçisi" nişanı ilə təltif olunub.

(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR