“Lotu Quli”yə ad günü ŞOKU– Polis avtoritetlərin məclisinə hücum etdi - FOTO

“Lotu Quli”yə ad günü ŞOKU– Polis avtoritetlərin məclisinə hücum etdi - FOTO
14:23 29 Avqust 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada azərbaycanlı "qanuni oğru” "Quli” ləqəbilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

Bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat yayıb.

"Quli”nin tərəfdarları onun doğum gününü qeyd etmək üçün Ukraynanın Xmelniski şəhərində istirahət mərkəzlərinin birində toplaşıblar. Ukrayna polisi bundan xəbər tutan kimi əməliyyat keçirib və "Quli”nin tərəfdarları saxlanılıb.

"Dünən dünyanın müxtəlif ölkələrində "oğru dünyası” son zamanlarda fərqli ölkələrə - Türkiyə, Azərbaycan, BƏƏ-yə getməyə məcbur olan "Quli” ləqəbli "qanuni oğru”nun ad günü qeyd etmək üçün toplaşıb. Bizim ölkəmizdə onlar Xmelniski əyalətindəki istirahət mərkəzinə toplaşmışdılar, ancaq işləri düz gətirmədi...”, - deyə rəis müavini bildirib.

Abroskin daha sonra qeyd edib ki, polislərin bu cür toplantılara müadixələsi ağır cinayətlərin qarşısnı almaq məqsədi daşıyır. Onun sözlərinə görə, belə bir "dostluq görüşü” Gürcüstanda keçirilsəydi, onun iştirakçiları həbsə göndərilərdi.

Qeyd edək ki, dünən "Lotu Quli"nin 47 yaşı tamam olub. (yenisabah.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/cinayetdunyasi/288716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR