Ermənistanda tutatutdur

Ermənistanda tutatutdur
12:21 16 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Gümrüdə etiraz aksiyası nəticəsində dünən gecə polis bölməsinə 21 nəfər gətirilib. Onlardan 19-u barəsində inzibati qanun pozuntusu haqqında akt tərtib edilib, nəticədə hamı buraxılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni saytlarına polis bölməsinin mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, İrəvanın Azadlıq meydanında bir sıra fəallar polis bölmələrinə aparılıblar. Saxlanılan iki şəxsdən odlu silah aşkar edilib. Hazırda istintaq aparılır.

Xatırladaq ki, Azadlıq meydanı ərazisindən dünən 38 insan saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR