Son vaxtların ən məşhur pəhrizi

Yalnız su ilə qidalanaraq, pəhriz saxlayanların sayı artır. Müxtəlif ölkələrdə yayılan bu pəhrizə su orucu deyirlər. Su orucu nə deməkdir, onun faydaları və zərərləri nələrdir?

Su orucu 24-72 saat tutula bilər. Bu müddətdə yalnız su içilir, qida qəbul edilmir. Üç gündən artıq tətbiq etmək istəsəniz, mütləq həkim nəzarətində olmalısınız. Ümumiyyətlə, su orucu hər kəs üçün uyğun olmaya bilər.

Niyə su orucu tuturlar?

- Dini və ya mənəvi səbəblərlə

- Arıqlamaq məqsədilə

- Detoks üçün

- Sağlamlıq baxımından faydalı olduğu üçün

Su orucunun faydaları

Bəzi xəstəliklər üçün risk faktorlarına malik şəxslərin "qısa müddətli aclıqdan" faydalana biləcəyi düşünülür. Risk faktorları arasında ürək xəstəliyi, yüksək təzyiq, yüksək xolesterol, diabet, həddən artıq köklük var. Bu risk faktorları bir-biri ilə əlaqədardır.

Bədən enerji mənbəyi olaraq lazımı karbohidratları qəbul edə bilmədikdə yağlardan istifadə etməyə başlayır. Bu zaman bədəndə yığılan yağlar sürətlə yanmağa başlayır, insan sürətlə arıqlayır.

Ancaq pəhriz mütəxəssisləri su orucu vasitəsilə sürətli arıqlamaq əvəzinə, düzgün qidalanma ilə, yavaş-yavaş və mütəmadi məşqlərlərlə arıqlamağı məsələhət görürlər.

Su orucunun bir çox xroniki xəstəlik riskini azalda biləcəyinə dair araşdırmalar da mövcuddur. Ancaq bu mövzuda dəqiq nəticələrə tam nail olunmayıb.

İbn Sinanın xəstələrinə 3 günlük şəfa orucunu tətbiq etdiyi barədə məlumatlar var. Bununla bərabər, bəzi cəmiyyətlərdə su orucunun fizioloji təmizlənmə ilə yanaşı, psixoloji təmizlənməni təmin etdiyinə də inanılır.

Günümüzdə isə müasir yaşamımıza sızan toksik maddələrə qarşı su orucu qorunma vasitəsi kimi düşünülür. GMO-lu qidalar, kanserogen maddələr, qeyri-sağlam ərzaqlara qarşı vücudumuzun su orucu ilə təmizləməsi fikri qulağa xoş gəlsə də, hələ ki, əlimizdə bunu təsdiqləyən araşdırmalar yoxdur.

Su orucu kimlərə məsləhət deyil?

Su orucu hər kəsə məsləhət görülmür. Xüsusilə yaşlılar, yaşı 18-dən az olanlar su orucu tutmamalıdır. Bundan başqa, hamilə və ya süd verən qadınlara, ürək xəstəliyi, miqreni olanlara bu pəhriz tövsiyə olunmur. Mütəmadi olaraq dərman istifadə edənlər isə mütləq həkimlə məsləhətləşməlidirlər.

Su orucunun zərərləri

Faydaları olsa da, su orucu sağlamlıq üçün bəzi risklər də daşıyır. Su orucu ilə sürətli və çox arıqlamaq mümkündür ki, bu da müəyyən qədər risk ehtimalı yaradır. Araşdırmalar 24-72 saatlıq su orucunda hər gün 0,9 kq atmağın mümkün olduğunu göstərir. Lakin atılan çəkinin bir çoxu su, karbohidrat və əzələlər ola bilər. Dolayısı ilə su orucundan sonra əzələ itkisi yaranması təhlükəsi var. Bununla yanaşı, su orucu nəticəsində insulin müqaviməti və diabet riski, mineral və vitamin itkisi ilə bağlı şikayətlər arta bilər. Su pəhrizi tutan zaman halsızlıq və yorğunluq əsəbiliklə birlikdə özünü göstərir. Bu pəhriz erkən yaşlanmaya, qısa müddət arzində tutulmasına baxmayaraq, bəzi xəstəliklərin oyanmasına səbəb ola bilər. Su pəhrizinin xroniki böyrək çatışmazlığı olan xəstələrin böyrəklərinə daha çox zərər verməsi riski var. Bu pəhriz zamanı bədən hər hansı qida olmadan həzm üçün mədə turşusu istehsal etməyə davam edə bilər ki, bu da mədə qıcqırmasına səbəb olar.

Bütün hallarda su orucu tutmaq istədikdə mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR