Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub - FOTO

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub - FOTO
17:12 12 May 2015
84 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı olub.

Trend-in məlumatına görə, müxtəlif qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri açılış mərasimində Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, məktəb ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, Azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb.

Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Ulu Öndərin zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Direktor Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Dövlət İdarəçilik Akademiyasına xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb.

Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə məlumat verən Anar Ələkbərov DİA-da yeni yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu məktəb ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinə araşdırmalar aparmaq, regionlarla bu istiqamətdə tədbirlər təşkil etmək imkanı yaradacaq.

DİA-nın rektoru akademik Urxan Ələkbərov ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Rektor dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsində, müasir müstəqil Azərbaycanın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın rolundan bəhs edib.

Akademik U. Ələkbərov DİA-ya göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib.

Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində müxtəlif təqdimatlar, seminarlar, dövlət və ictimai xadimlərlə görüşlər keçiriləcək, dahi rəhbərin irsinin öyrənilməsi istiqamətində müxtəlif araşdırmalar aparılacaq. Məktəbdə dizaynı, forma və məzmunu ilə fərqlənən ekspozisiya da təşkil olunub. Altı bölmədən ibarət ekspozisiyada ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotomateriallar təqdim edilir. İlk bölmədə ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə, ikinci bölmədə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu, üçüncü bölmədə ulu öndərin Moskvadan Azərbaycana qayıdışı, Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonra isə muxtar respublikanın Ali Məclisinin sədri olduğu, dördüncü və beşinci bölmələrdə Azərbaycan Respublikasının Prezidenti olduğu vaxtlara dair fotoşəkillər təqdim edilir. Altıncı bölmədə Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini əks etdirən fotomateriallar əksini tapıb.

Kompyuter və digər müasir texnoloji vasitələrlə, müxtəlif nəşrlərlə təmin olunan məktəbdə canlı videobağlantılar da yaratmaq mümkündür. Burada ilk olaraq Dövlət İdarəçilik Akademiyası ilə Heydər Əliyev Mərkəzi arasında videoəlaqə yaradılıb.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR