Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib

18:13 12 May 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC 
Mayın 12-də təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşları qəbul edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşların müraciətləri dinlənilib. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_naziri_Agsuda_vetendaslari_qebul_edib-854334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR