Bu barədə Milli.Az-a ifaçının özü məlumat verib. O bildirib ki, bir çox müğənnilərdən fərqli olaraq o, prodüseri ilə qalmaqallı şəkildə ayrılmayıb: "Təxminən 8 ilə yaxındır ki, mənim komandamda çalışan prodüserimlə işbirliyinə son vermək qərarına gəldim. Bunu onun özünə dedim və bir-birimizi anlayıb, işbirliyimizə son qoyduq. İndi bir çox sənətçilər prodüserindən qalmaqalla ayrılırlar. Biz də isə bu olmadı. Çünki o, mənim daim işlərimə kömək edib və duz-çörək kəsmişik. Hər bir işdə xeyir var. Ruslana da gələcək işlərində uğurlar arzulayıram. Düşünürəm ki, onun da karyerası qabaqdadır”Müğənni Nadir Qafarzadə 8 il birgə çalışdığı prodüseri Ruslan Əliyevlə işbirliyinə son qoyub
N.Qafarzadə onu da əlavə edib ki, hələ ki, onunla çalışacaq olan yeni prodüserin kimliyi məlum deyil: “Hazırda bir neçə prodüser mənlə çalışmaq istədiyini bildirib. Amma mən hansısa müğənninin yanında işləmiş bir prodüserlə işləmərəm. Hazırda seçim qarşısındayam. Daha çevik, işini bilən bir gənc olsa, onunla çalışacağam”.
Milli.Az