Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, avqustun 29-da saat 23 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən Mirzəli kənd sakini Qafur Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR