Qərb bölgəsinə yağan güclü yağış növbəti problemlərə yol açıb

Qərb bölgəsinə yağan güclü yağış növbəti problemlərə yol açıb
18:37 12 May 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Qərb bölgəsinə yağan güclü yağış Kür çayında sululuğu həddindən çox artırıb. Kəpəz TV (Region TV) xəbər verir ki, nəticədə çay Qazaxın Orta və Aşağı Salahlı kəndlərində bir neçə hektar örüş sahəsini yuyaraq su altında qoyub. Sakinlər bildirirlər ki, məcrasından çıxan çay heyvanların otlaq sahəsindən axaraq özünə yeni qol yaradıb. Hazırda Kürün səviyyəsi ötən illərə nisbətən artdığından əhali sel təhlükəsi olacağından ehtiyatlanır. Qazaxın bir neçə kəndinin ərazisindən axıb keçən Dəli Kür, əsasən, Orta və Aşağı Salahlı kəndlərində fəsadlar yaradır. Sakinlər bildirirlər ki, çayın keçdiyi digər kəndlərdə damba, bəndlər qurulduğundan həmin yaşayış məntəqələri ziyan görmür.

Bölgəyə yağıntının normadan artıq düşməsi çayın səviyyəsini artırır ki, nəticədə yaşayış məntəqələrində çətinlik yaranır. Əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olduğundan otlaq sahələri azalaraq mal-qaranın otarılması çətinləşir. Bunu nəzərə alan yerli sakinlər əvvəlcədən tədbirlər görülməsini tələb edirlər.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR