Mariya Şarapovaya 55 dəqiqə kifayət etdi

Romada qadın tennisçilər arasında turnirə start verilib.

Metbuat.az-ın xəbərinə görə, bu gün dünya iki nömrəsi Mariya Şarapova korta çıxıb. O, Yarmila Qaydoşova ilə qarşılaşıb. Görüş Maşanın üstünlüyü şəraitində keçib. 4 və 8-ci qeymlərdə breyk edən rus tennisçi ilk seti aktivinə yazdırıb. İkinci setdə Şarapova hesabda 3:1 irəlidə olarkən Qaydoşova oyundan imtina edib. Buna onun çiynində ağrılar  hiss etməsi səbəb olub. Nəticədə Şarapova cəmi 55 dəqiqə davam edən matç sonunda ikinci tura vəsiqə qazanıb.

Oyundan sonra Mariya Şarapova Qaydoşovaya yaxınlaşaraq halını soruşub və onu qucaqlayıb.

Şarapova - Qaydoşova - 2:0 (6:2, 3:1 - imtina)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR