x
Loading...

TQDK gələn ay Bakıda buraxılış imtahanı keçirəcək

TQDK gələn ay Bakıda buraxılış imtahanı keçirəcək
18:03 12 May 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 may /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də 2014/2015-ci tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanın keçirilməsi üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55 897 nəfər şagirdin (IX sinif üzrə 31 489 nəfər və XI sinif üzrə 24 408 nəfər) buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulub.

480 nəfər şagird (IX sinif üzrə 245 nəfərvə XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2394018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR