QMİ 20 yanvarla bağlı bəyanat yaydı

QMİ 20 yanvarla bağlı bəyanat yaydı
12:29 16 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 25-ci ildönümü münasibətilə bəyanat yayıb. Bu barədə Lent.az-a QMİ-dən məlumat verilib. Bəyanatda deyilir:  Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur məqamı kimi həkk olunmuş Qanlı yanvar faciəsinin növbəti ildönümünü ərəfəsindəyik. Dörddə bir əsr müddətin bizləri ayırdığı 20 Yanvar faciəsi, nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaqdır. Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız tükənməzdir. Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətni oxunsun, əziz şəhidlərimizin ruhlarına dualar edilsin. Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR