x
Loading...

Macarıstanın iki qadın idmançısı kokaindən istifadə etdikləri üçün cəzalanıb

Macarıstanın iki qadın idmançısı kokaindən istifadə etdikləri üçün cəzalanıb
18:37 12 May 2015
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Macarıstanın qadın kayakçıları Tamara Çipeş və Bens Dombvari kokaindən istifadə etdikləri üçün 10 aylıq diskvalifikasiyaya məruz qalıblar. "Report"un "Hungary Today"a istinadən verdiyi məlumata görə, bu barədə Macarıstan Kayak və Kanoe Federasiyasının İntizam Komitəsi qərar verib.
Qərardan 15 gün ərzində apellyasiya verilə bilər.
Çipeş qadınlar arasında 5 qat dünya çempionu və 2011-ci ilin idmançısıdır. Dombvari isə dünya birinciliyinin gümüş və bürünc mükafatçısıdır. Narkotiklərdən istifadə etdikləri üçün onlar aprelin 21-də millidən kənarlaşdırılıblar. Sonradan Macarıstan Olimpiya Komitəsi hər iki kayakçının maliyyələşməsini dayandırıb.
Qeyd edək ki, narkotiklərdən istifadə yarış şəraitində yox, adi yoxlama nəticəsində üzə çıxdığından, Tamara Çipeş və Bens Dombvarinin işi dopinqlə bağlı insident kimi dəyərləndirilməyib. Bu səbəbdən, iş Ümumdünya Antidopinq Agentliyinə göndərilə bilməz. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/macaristanin-iki-qadin-idmancisi-kokain

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR