Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Fanat.az хəbər verir ki, bu gecə ilk finalçının adına aydınlıq gələcək.
Gecənin yeganə oyununda "Bavariya" "Barselona"nı qəbul edəcək. Münhendəki "Alyans Arena"da baş tutacaq oyunda ədaləti ingilis FIFA referisi Mark Klattenburq qoruyacaq.
Komandalar arasında "Nou Kamp"da baş tutan ilk oyunda "Barselona" 3:0 hesablı qələbə qazanıb. İndi Pep Qvardiola doğma meydanda sabiq komandasından qisas almalıdı.
Qeyd edək ki, yarımfinalın digər oyunu sabah keçiriləcək. "Real" ilk oyunda 1:2 hesabı ilə yendiyi "Yuventus"u qəbul edəcək.
Çempionlar Liqası
1/2 final
Cavab oyunu
12 may
23.45 Bavariya (Almaniya) - Barselona (İspaniya)
İlk oyun - 0:3.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Cake Kollin, Stuart Burt (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (İngiltərə).
Münhen. "Alyans Arena".
Fanat.az