Putin sevilirmi?

Putin sevilirmi?
12:31 16 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvadakı “Levada” mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, rusiyalıların yarıdan çoxu - 55 faizi prezident Vladimir Putini 2018-ci ilin seçkilərindən sonra da hakimiyyətdə görmək istəyir.

ANS PRESS-in məlumatına görə, rəyi soruşulan hər 10 nəfərdən yalnız 1-i V.Putinə alternativ olduğunu düşünür. Beləliklə, V.Putinin prezident kürsüsündə dəyişməsinə lüzum görməyənlərin faizi Krımın ilhaqından bəri keçən aylarda iki dəfə artıb.

2013-cü ildə keçirilmiş oxşar rəy sorğusunda respondentlərin yalnız 26 faizi hazırkı prezidentin öz postiunda qalmasını istəyirdi.

“Levada” mərkəzinin eksperti Denis Volkov deyib ki, burada söhbət təkcə Krımın ilhaqından getmir. Əslində, son aylar ərzində Rusiya mediası bir tərəfdən xof və qorxu yaymaqla, digər tərəfdən isə Putinin güclü lider kimi reytinqini yüksəldib.

Onun sözlərinə görə, bir qədər sonra, iqtisadi tənəzzülün güclənməsi ilə bağlı Vladimir Putinin reytinqi yenidən aşağı düşə bilər.

Ötən ildə keçirilmiş rəy sorğularında respondentlərin yalnız 10 faizi hazırda V.Putinə alternativ olan siyasi opponentlərin mövcudluğunu qəbul edirdi. İnsanların 24 faiz isə bu fikirdədir ki, hazırda belə siyasətçilər yoxdur, lakin lazım gələrsə tapılar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR