​Azərbaycanda 62 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib

​Azərbaycanda 62 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib
19:52 12 May 2015
477 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub.
Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, sayca on ikinci müsabiqə üzrə test imtahanından uğurla keçmiş və qanunvericiliyin tələblərinə cavab verən 127 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində söhbət aparılıb.
Hüquqşünas alimlərin, həmçinin vətəndaş cəmiyyəti institutlarının çoxsaylı nümayəndələrinin də bilavasitə iştirak etdiyi bu mərhələdə 62 nəfər müvəffəqiyyət qazanıb və onların siyahısı nazirliyin saytında dərc olunub.
Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında uzunmüddətli icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-62-nefer-edliyye-orqanlarina-qulluga-qebul-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR