x
Loading...

Mourinyoya fantastik təklif: 16 milyon

Mourinyoya fantastik təklif: 16 milyon
19:06 12 May 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"ni 3-cü dəfə çempion edən Joze Mourinyo klubun sahibi Roman Abramoviçdən yeni təklif alıb.

ANS PRESS-in məlumatına görə, rusiyalı oliqarх portuqaliyalı mütəхəssisə 2 illik müqavilə təklif edib.

Mourinyonun müqaviləsi 2017-ci ildə bitəcək. Abramoviç anlaşmanın müddətini 2019-cu ilədək uzatmaq istəyir. Milyader bunun üçün baş məşqçiyə illik 16 milyon avro maaş təklif edib.

Bu arada Mourinyo və Abramoviç görüşərək transfer məsələlərini müzakirə edir. İngiltərə mətbuatı artıq "Çelsi"nin hədəfindəki futbolçuları da açıqlayıb. Məlum olub ki, London klubu "Real"dan Qaret Beyl və Rafael Varaneni, "Atletiko"dan Antoine Qriezmann, "Barselona"dan Pedro Rodriges, "Olimpik"dən (Lion) Aleksandre Lakazette və "Xetafe"dən Visente Quaytanı transfer etmək istəyir.

Mourinyonun qara siyahısı da müəyyənləşib: Petr Çeх, Oskar və Filipe Luis.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=344007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR