Erməni baş prokuror daş-qalaq edildi (VİDEO)

Erməni baş prokuror daş-qalaq edildi (VİDEO)
12:36 16 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün yüzlərlə etirazçı Rusiya konsulluğu qarşısında toplaşaraq cinayətkarın Ermənistana verilməsi tələbi ilə çıxış edib.

ANS TV-nin məlumatına görə, ölkənin baş prokuroru Gevork Kostanyan rusiyalı həmkarı ilə əsgərin Ermənistanda mühakimə olunması üçün danışıqlar aparacağına dair etirazçıların qarşısında söz verib. Etirazçılar baş prokurora daş atıblar. Polis güc tətbiq edərək aksiyanı dağıtmağa çalışıb. Fəallar daş və kəsici maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazla fəallara müdaxilə edib. Qarşıdurmalar zamanı 14-ü polis olmaqla azı 24 nəfər xəsarət alıb. Zorakılıq törədən bir neçə nəfər həbs olunub.

Azadlıq meydanında da gərginlik yaşanıb. Burada 100-dən çox adam Gümrü hadisələri ilə əlaqədar etiraz şüarları səsləndiriblər. Ermənistan Parlamentinin deputatı Zarui Postancan aksiya iştirakçıları ilə görüşüb və fəallarla danışıqlar aparmağa çalışıb.

Amma hələ ki, bu danışıqlar bir nəticə verməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR