Bakı 2015 Avropa oyunlarının məşəli Tərtərdə yandırılıb

20:07 12 May 2015
320 İdman
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 20:05 ]

Tərtər. Teymur Zahidoğlu-APA. Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra günün ikinci yarısında Tərtər şəhərinə gətirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Daha sonra 10 nəfər rayon sakini estafeti şəhərin mərkəzinə aparıb.

 

Məşəlçilər  4 kilometr məsafəlik yürüşü Heydər Əliyev prospektində milli liderin heykəli önündə başa çatdırıblar. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana məşəli alovlandırıb.

 

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq tərtərlilərə təqdim olunub.

 

Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR