x
Loading...

George ​Hacının çempionluq butsları satışa çıxarılıb

George ​Hacının çempionluq butsları satışa çıxarılıb
19:07 12 May 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi futbolçularından olmuş George Hacının 2000-ci ildə geyindiyi butslar satışa çıxarılıb. "Report"un məlumatına görə, rumıniyalı futbolçunun imzası olan ayaqqabıya 35 min TL (təxminən 14 000 manat) qiymət qoyulub.
Satışla bağlı elanda butsların 2000-2001 mövsümündə keçirilmiş auksiyondan alındığı bildirilir. Butsların hazırkı sahibi orijinal ayaqqabının satışından əldə olunacaq vəsaitlə övladının məktəb xərclərini ödəyəcəyini bildirib.
Qeyd edək ki, "Qalatasaray"ın UEFA Kubokunu qazandığı 1999/2000 mövsümündə George Hacı həmin butslarla çıxış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/hacinin-cempionluq-butslari-satisa-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR