x
Loading...

Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılacaq

19:13 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Mayın 13-də Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərginin açılış mərasimi keçiriləcək. Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilir.
Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyə biləcəklər.
Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.
2003-cü ildən indiyə kimi 16 ölkədə kolleksiyanın əsərlərindən ibarət 18 sərgi təşkil olunub. ABŞ, Almaniya, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Lüksemburq, Çili, İspaniya (Madrid və Barselona), Makedoniya, Niderland, Rusiya (Kazan və Ufa), Polşa, Yaponiya və Malayziyada keçirilmiş sərgilərdə müxtəlif nadir əsərlər təqdim edilib.
Sənət kolleksiyasının seçmə əsərlərindən ibarət olan “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” sərgisi Heydər Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Merkezinde_Muasir_turk_resm_senetinde_texeyyul_mekan_ve_zaman_adli_sergi_achilacaq-854379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR