Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 May

20:17 12 May 2015
37 Digər
Ölkə mətbuatı
A- A+




GÜNÜN ŞƏRHİ 
 
Əsrin ən ağır iqtisadi böhranını şərtləndirən amillərdən biri neft faktorunun siyasi təzyiq alətinə çevrilməsi oldu. Neft həmişə təzyiq vasitəsi olub, lakin ilk dəfə olaraq Rusiya kimi supergücün və İran kimi regional gücün çökdürülməsi üçün neftin qiymətindən vasitə kimi istifadə edildi. Bu hədəflərə çatmaq üçün OPEK patronu Səudiyyə Ərəbistanı “neftin qiyməti 20 dollara düşsə belə, bizə sərf edir” bəyanatı verməkdən belə çəkinmədi. Lakin gözləntilərin əksinə olaraq ucuz neft silahı çox işləmədi və zaman keçdikcə bu silah onun istifadəçilərinə qarşı çevrildi. Çomağın iki başı olur, başın biri Rusiya və İranı tutursa, digər başı Səudiyyə Ərəbistanı və OPEK-i tutmağa başlayıb. Və bu səbəbdən iki həftə əvvəl Səudiyyə rəsmiləri “neftin qiyməti sabitləşməlidir, bu hər kəsə sərf edir” bəyanatı verir, bu gün isə OPEK rəsmiləri “qiymət 75 dollar civarında stabilləşəcək” proqnozu irəli sürürlər. Baş verən proseslərdən çıxan ən önəmli nəticə isə budur – qlobal sistemdə münasibətlər o qədər bir-birinə bağlıdır ki, heç bir təzyiq vasitəsi birtərəfli təsirə malik olmur. Zərbənin ikisi rəqibə dəyəndə, biri də zərbə sahibinə dəyir...  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR