Aİ missiyasının helikopteri Kosovoda qəzaya uğrayıb

Aİ missiyasının helikopteri Kosovoda qəzaya uğrayıb
20:17 12 May 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Avropa İttifaqının missiyasının helikopteri Priştina hava limanında qəzaya uğrayıb. "Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 
Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, ölənlər haqqında məlumat verilmir. 
"Avropa İttifaqının missiyasının helikopteri Kosovoda, Priştina hava limanında qəzaya uğrayıb. Xəsarət alanlar var, qəzanın baş vermə səbəbləri araşdırılır", - NATO-nun nümayəndəsi agentliyə bildirib. 
Yerli KİV-lərin məlumatına görə, qəza səbəbindən hava limanı müvəqqəti bağlanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ai-missiyasinin-helikopteri-kosovoda-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR