Tramp qasırğasını bəhanə edərək... - MARAQLI İDDİA

Tramp qasırğasını bəhanə edərək... - MARAQLI İDDİA
07:18 2 Sentyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp “Dorian” qasırğasını bəhanə edərək İkinci dünya müharibəsinin başlanmasının ildönümünə həsr edilmiş tədbirlərin keçirildiyi Polşaya səfəri ləğv etdi, amma bunun əvəzinə qolf-kluba yola düşdü.

Publika.az xəbər verir ki, bu haqda “The Independent” nəşri yazıb.

Amerika liderinin mətbuat xidmətindən bildiriblər ki, Tramp hər saat qasırğa barədə məlumatlandırılır. Prezidentin özü söyləyib ki, “Dorian”a həsr edilmiş iclasda iştirak etmək üçün fövqəladə vəziyyətlər üzrə Federal Agentliyin binasına getməyi planlaşdırır.

Avqustun sonunda isə Tramp söz verib ki, yaxın gələcəkdə Polşaya baş çəkəcək.

Qeyd edək ki, son məlumata görə, “Dorian” qasırğası Baham adalarının sahillərinə çatıb. Qasırğaları izləyən ABŞ Milli Mərkəzi küləyin sürətinin saata 298 kilometrə qədər artdığını açıqlayıb.

Bundan başqa, qeyd edilir ki, “Dorian” ABŞ sahillərində ən yüksək - beşinci kateqoriyaya çatıb. Güman edilir ki, qasırğa sentyabrın 2-də axşam Floridaya çatacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/288999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR