x
Loading...

Xatını xatırlayırıq, Xocalını unutmuruq!

Xatını xatırlayırıq, Xocalını unutmuruq!
19:33 12 May 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Minsk, 12 may, AZƏRTAC
“Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin (BİB) nümayəndələri Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində “Xatın” memorial kompleksinə gələrək kəndin yandırılması zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil və güllər düzüblər.
Xatın... Belarusun 149 sakini olan rahat bir kəndi vaxtılə belə adlanıb. Sonradan isə bu məkan müharibədə Belarus və onun sakinlərinin başına gələn dəhşətlərdən xəbər verən abidə olub.
Məlumdur ki, Xatın faciəsi Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı ilə çox oxşardır. Fərq yalnız ondadır ki, Belarus kəndində hadisələr müharibə dövründə baş verib, lakin Xocalı şəhərinin sakinləri rəsmi hərbi əməliyyatlar olmadığı vaxtda ermənilər və onların əliqanlı tərəfdaşları tərəfindən vəhşicəsinə məhv edilib.
Belarusda yaşayan həmvətənlərimiz İkinci Dünya müharibəsinin çox ağır illərində Xatın kəndində həlak olanların xatirəsini yad edib, Xocalı şəhərinin vəhşicəsinə öldürülmüş dinc sakinlərinin xatirəsinə ehtiramlarını bildiriblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xatini_xatirlayiriq_Xocalini_unutmuruq-854388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR