3 nəfər qazdan boğulub

İranın İsfahan vilayətinin eyniadlı rayonunun Həsənabad şəhərində bir mağarada qaz nəticəsində 3 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bunu İranın İsfahan rayonunun hüquq-mühafizə orqanının polis rəisi polkovnik Məhəmməd Rza Xudadust deyib.

M.Xudadustun sözlərinə görə, hadisə ötən gecə 00:30-da baş verib.

Polis rəisi əlavə edib ki, mağaradakı 4 nəfərdən birinin həyatını xilas etmək mümkün olub.

Həlak olanların meyitləri aidiyyəti üzrə təhvil verilib.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR