Ukrayna prezidenti deputatların və hakimlərin toxunulmazlığının ləğvi barədə məsələ qaldırıb

12:42 16 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:37 ]

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko deputatların və məhkəmə hakimlərinin toxunulmazlığının ləğv olunmasını təklif edib.

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə o, parlament fraksiyalarının rəhbərləri ilə görüşündə deyib: “Mən təşəbbüs göstərərək deputat toxunulmazlığının tam ləğvi barədə qanun layihəsi hazırlamışam. Bu, çoxlarımızın seçki kampaniyası zamanı vədlərindən biri idi. Prezident və Konstitusiyanın təminatçısı olaraq mən demokratiyanın qorunmasına təminat verirəm. Hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq, bizdə heç kim siyasi motivlərlə təqib edilməyəcək”.   

 

P. Poroşenko deputatlarla birlikdə hakimlərin də toxunulmazlıq hüququnun məhdudlaşdırılmasını təklif edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR