Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb
17:42 2 Sentyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda ABŞ dolları milli valyuta olan lariyə qarşı yenidən bahalaşmağa başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının sentyabrın 3-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9614 lari təşkil edəcək.
Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0,0157 lari bahalaşıb.
Avronun dəyərində isə azalma qeydə alınıb. Bu xarici valyutanın sabahkı qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0042 lari ucuzlaşaraq 3,2481 lariyə bərabər olacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-dollar-yeniden-bahalasmaga-baslayib22

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR