Avropa Oyunlarının nəticələri növbəti belə yarışlar üçün çox vacibdir

Avropa Oyunlarının nəticələri növbəti belə yarışlar üçün çox vacibdir
21:17 12 May 2015
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək Avropa Oyunları qitədə ilk belə tədbir olacaq, buna görə də bu Oyunlar Avropa üçün çox vacibdir. Bunu Trend-ə Çexiya Olimpiya Komitəsindən deyiblər.
 
Komitədən qeyd ediblər ki, Çexiyanın qarşıdakı Oyunlardan böyük gözləntiləri var: "Biz tədbirin möhtəşəm təşkil ediləcəyini gözləyirik. Təşkilatçılıq, işıqlandırma və marketinq uğuru baxımından Oyunların nəticələri növbəti belə yarışlar üçün çox vacibdir. Biz əminik ki, təşkilatçılar yarışların keçiriləcəyi bütün məkanları 100 faiz hazır vəziyyətə gətirəcəklər".
 
Komitədən əlavə ediblər ki, Çexiyanın ən yaxşı atletləri, o cümlədən Olimpiya Oyunlarının qalibləri tədbirdə iştirak edəcəklər: "Biz bır sıra yarışlarda uğur və medallar gözləyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR