Avropa İttifaqı missiyasının helikopteri Kosovoda qəzaya uğrayıb, yaralananlar var

Avropa İttifaqı missiyasının helikopteri Kosovoda qəzaya uğrayıb, yaralananlar var
21:22 12 May 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 21:19 ]

Bakı-APA. Avropa İttifaqı missiyasının helikopteri Kosovonun Priştina şəhərində hava limanında qəzaya uğrayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

 

Məlumata görə, insident nəticəsində xəsarət alanlar var. Ölənlər barədə hələlik məlumat verilmir.   

 

“Aİ-nin Kosovodakı missiyasının (EULEX) helikopteri Priştina hava limanında qəzaya uğrayıb. Yaralananlar var, detallar müəyyənləşdirilir”, deyə NATO-nun nümayəndəsi bildirib.

 

İnsident səbəbindən aeroportun fəaliyyəti  müvəqqəti dayandırılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR