Penelopa Krus DİQQƏT MƏRKƏZİNDƏ - FOTO

Penelopa Krus DİQQƏT MƏRKƏZİNDƏ - FOTO
01:48 3 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

76-cı Venesiya Film Festivalına qatılan aktrisa Penelopa Krus libasları ilə mərasimin əsas ulduzu olub.

Publika.az xəbər verir ki, 76-cı Venesiya Film Festivalı bütün sürəti ilə davam edir. Ulduzlar yeni film əsərlərini ictimaiyyətə təqdim etmək üçün İtaliyaya gedir. Belə ki, dünən Penelope Krus baş rol oynadığı "Wasp Network" trillerinin premyerasında görünüb.

Aktrisa qırmızı xalıya ağ rəngli, qat-qat ətəkli şifon axşam paltarında çıxıb. Penelope obrazını qırmızı dodaq boyası və damcı brilyant sırğalar tamamlayıb.

Yeri gəlmişkən, elə həmin gün aktrisa filmin gündüz təqdimatında iştirak edib. O, fotosessiya üçün “Ralph&Russo”dan iri daşlarla bəzənmiş mavi libas seçib. Bu dəstini gümüşü tək lentli bosonojka ilə tamamlayan aktrisa geyimləri ilə diqqət mərkəzində olmağı bacarıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/289083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR