Birinci Avropa Oyunlarını kubalı tamaşaçılar da izləyəcək

Birinci Avropa Oyunlarını kubalı tamaşaçılar da izləyəcək
21:38 12 May 2015
31 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) bu mötəbər idman yarışının yayımını qitənin hüdudlarından kənarda da təmin etmək üçün Kubanın “Instituto Cubano de Radio y Television” (ICRT) kanalı ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, kanal Kubada 3,8 milyon evi ödənişsiz yayım ilə təmin edir və eyni zamanda, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi yayımçısıdır.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir. Lakin bunun son müqavilə olmayacağına əminəm. Kuba böyük idman tarixinə malik ölkədir. Mən ICTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm. İlk Avropa Oyunları ICRT-nin Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. “Bakı-2015” proqramında olan 16 Olimpiya idman növündən 12-si “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək. Bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir.
ICRT-nin tərkibində olan “Canal Tele Rebelde”nin baş direktoru Roberto Qonzales deyib: “Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var. “Bakı-2015” ilk Avropa Oyunları bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq”.
Bununla da Kuba ilk Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr – ABŞ, Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarini_kubali_tamasachilar_da_izleyecek-854412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR